Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Mühəndis

  • Company
  • Elanın qoyulma tarixi: 15.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın detalları:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Kateqoriya: SƏTƏM
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri:

  • MMC-nin avtomərkəzdə  sağlam və təhlükəsiz əmək və məişət şəraitinin yaradılmasına nəzarət etməli;
  • Əməyin mühafizəsi qanunvericiliyinə dair normativ-hüquqi sənədlərin mövcudluğunun təmin edilməsi;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun Giriş və iş yerində keçirilmiş təlimatlandırmanın (ilkin, dövri, növbədənkənar, məqsədli) qeydə alınması üzrə müvafiq Təlimatlandırma Jurnallarının hazırlanması;
  • Müəssisədə ƏM dair aşkar edilmiş çatışmazlıqlara əsasən müəssisəyə təkliflərin verilməsi;
  • Müəssisədə baş verən bədbəxt hadisə zamanı mütləq “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən hərəkət etməli;
  • Təhkim olunduğu müəssisədə baş vermiş bədbəxt hadisələrin və peşə  xəstəliklərinin səbəblərini  araşdırıb təhlil etməlidir.
  • Bazar ertəsi – Cümə, 10:00-dan 18:00-dək;
  • Şənbə günü saat 10:00-15:00-dək, bazar qeyri iş günüdür.

Xüsusi tələblər:

  • Təhsili: Ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili və rus dili - əla, ingilis dili – arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Excel-əla, Word-əla, Outlook – əla. 
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşmalı.
  • Müvafiq sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir.

CV-lərini emailin mövzu hissəsində “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Mühəndis” və ad , soyad  qeyd edərək göndərə bilərlər.