İşin təsviri
Vəzifə öhdəlikləri:
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
- Ofisə gələn müştəri və qonaqları qarşılamaq;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq, istiqaməti üzrə ünvanlandırmaq və cavablandırmaq;
- Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
- Bütün müştəri və qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət və yardımının göstərilməsini təşkil etmək;
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Şirkətə aid məlumatların məxfiliyinin qorunması;
- Gündəlik hesabatların hazırlanmaq;
- Mövcud sistemlərin təkmilləşdirilməsi və tələb olunduqda əlavə kargüzarlıq funksiyaları yerinə yetirmək;
- Zəruri məlumatları telefon və ya elektron poçt vasitəsi ilə təqdim etmək;
- İclasların təyin edilməsi və aidiyyəti olan işçiləri məlumatlandırılmaq.
Namizədə olan tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan və ingilis dillərində əla səviyyədə bilməli;
- Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını orta səviyyədə bilməli;
- İşində dürüst, məsuliyyətli və səliqəli olmalı.
Digər şərtlər:
- Yaş həddi: 22 – 35 yaş
- Əmək haqqı: Nett olaraq 400 - 500 AZN (Təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
- İş rejimi: 5 günlük iş həftəsi;
- Nahar bağça tərəfindən təmin edilir;
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.