Satınalma üzrə mütəxəssis

  • ATS Food
  • Elanın qoyulma tarixi: 08.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
  • İş təcrübəsi: Satınalma sahəsində ən azı 2 il iş təcrübəsi 
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla), Rus dili (orta)
  • Kompüter biliyi: Microsoft Office proqramı ürə biliklər
  • Digər: 1 C, ERP sistemlərdə işləmək bacarığı.

Vəzifədən gözləntilər:

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  • Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
  • Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Hesabatların hazırlanması və təqdim edilməsi.

Vəzifə üzrə səriştələr:

  • Satınalma müqavilələrinin tərtibatı haqqında ümumi anlayış;
  • Analitik düşünmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Tenderlər sahəsində təcrübə;
  • Planlama və Təşkilatçılıq;
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə;
  • Qiymətləndirmə bacarığı;
  • Tədarükçülərlə iş bacarığı.

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı "Satınalma üzrə mütəxəssis" qeyd olunmaqla, göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır