İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırma
- Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən “normativ-hüquqi” və “təşkilati-sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və səlahiyyətlərinin, onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsinə nəzarəti təmin etmək
- Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir
- Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunun yoxlanılması və ehtimal olunan risklərin müəyyən etmək;
- Şirkətdə mal material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınıb alınmamasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilib edilməməsinin mütamadi olaraq monitorinq edilməsinə nəzarətin təmin edilməsi;
- Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılmasını təmin etmək
Tələblər:
- Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı
- Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə;
- Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır;
- MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
- SAP biliyi
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Servis xidməti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Daxili Nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Email: [email protected]