Kassir (xanım)

İşin təsviri

İş barədə məlumat:

  • Alıcılara  fasiləsiz kassa xidmətini təmin etməlidir;
  • Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
  • Alıcılara  kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
  • Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
  • Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
  • Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
  • 6 günlük iş rejimi.
  • Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.

Namizədə tələblər:

  • 18-30 yaş (yalnız xanım namizədlər)
  • Bəsit riyazi biliklərin olması vacibdir
  • Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
  • Müvafiq sahədə təcrübənin olması üstünlükdür.

Əmək haqqı: 450-500 AZN.

Nərimanov rayonu, Əhməd Rəcəbli, 28 may əraziləri üzrə.

Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə elektron ünvanına göndərmələri və ya 055-500-91-00 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Email:  [email protected]

 

site.company_rating