Kibertəhlükəsizlik üzrə analitik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə təsdiq edilmiş informasiya təhlükəsizliyi tələblərinin tətbiqi;
  • Təhlükəsizlik sistemlərində insidentlərin araşdırılması və aradan qaldırmasında iştirak etmək;
  • Təhlükəsizlik insidentlərin aradan qaldırılması/qarşısının alınması üçün təhlükəsizlik hadisələrini toplamaq, təhlil etmək və əlaqələndirilməsində iştirak etmək;
  • “Vulnerability Scanner” alətlərinin hesabatının təhlili, müvafiq Departamentlərə birgə boşluqları aradan qaldırmaq.

Bilik və bacarıqlar:

  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil;
  • İnformasiya Texnologiyaları sahəsi üzrə ən azı 1 il və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 6 ay iş təcrübəsi;
  • Texniki səviyyədə İngilis dili biliyi
  • İT Təhlükəsizlik konsepsiyaları və əsasları haqqında bilik;
  • Linux/Windows əməliyyat sistemləri ilə iş təcrübəsi;
  • TCP/IP Şəbəkə Əsasları haqqında bilik və anlayış; 
  • Şəbəkə marşrutlaşdırma protokolunun əsaslarını bilmək və başa düşmək; 
  • Şəbəkə problemlərinin aradan qaldırılması üzrə biliklər;
  • Cyber Threat Analysis və IDS/IPS/SIEM/XDR/EDR/NDR əsasları üzrə biliklər;
  • Firewall əsasları haqqında bilik və/yaxud Firewall administrasiyası və idarə edilməsi ilə bağlı təcrübə;
  • MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları haqqında anlayış;
  • Vulnerability assesment və patch management barədə anlayış;
  • Kriptoqrafiya prinsipləri üzrə əsas biliklər;
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə, problem həll etmə bacarığı.

Üstünlük verilən bilik və bacarıqlar:

  • İT sistem administrasiyası və ya şəbəkə administrasiyası və ya proqramlaşdırma sahəsində təcrübə;
  • WAF həlləri üzrə biliklər;
  • Rus dili biliyi.

 Müraciətinizi 15.05.2023-cü il tarixinədək https://www.caspianic.com/ səhifəsinə daxil olaraq “Karyera” hissəsindən göndərməyiniz xahiş olunur. 

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır