Korporativ satış təmsilçisi

  • Burdantap
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən müəyyən olunan ərazidə Şirkətin korparativ xidmətinin  tanıdılması və xidmət satışının təşkili.
  • Online mağazada korporativ satış reallaşdıra bilmələri üçün müxtəlif vendorlar (satış müəssisələri və ya şəxsləri) tapıb, onlarla görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmək;
  • Potensial müştərilərə Şirkətimizin xidməti haqqında təqdimat keçirmək
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliy verilməsi:

Namizəd üçün tələblər:

  • Azərbaycan və Rus dilllərini yüksək səviyyədə bilmək
  • Effektiv satış prinsiplərini bilmək (B 2 C elektron ticaret )
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması
  • Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi
  • Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması
  • Marketinq kommunikasiyaları, digital və reklam sahəsində geniş dünyagörüşü
  • Rəqəmsal Marketinq, sosial media və ümumi media sahəsində məlumatlı olmalıdır
  • Sürücülük vəsiqəsi(arzuolunan) və qadın olan namizədlərə  üstünlük verilir.

İş qrafiki: 6 günlük iş rejimi.( Saat qrafiki sərbəst amma gündəlik hesabat müştərilərlə görüşdən formalaşan müştəri bazası haqqında)

Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir. Maaş + bonus

Vakansiyaya müraciət üçün şəkilli CV-nizi “Korporativ satış təmsilçisi ” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Email:  [email protected]