Logistika üzrə kiçik mütəxəssis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (vəzifəyə uyğun sahədə olması arzuolunandır);
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Logistika işləri üzrə sənəd dövriyyəsini bilməli;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (Microsoft Office proqramları);
  • Azərbaycan və Rus dilini bilməli, İngilis dili arzuolunandır;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək.
  • Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək.
  • Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim edilməsi.
  • Gömrük və beynəlxalq daşıma ödənişlərinin təşkili, daxili sistemdə qeydiyyatının aparılması.
  • Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılma prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi.
  • Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə kiçik mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

 

site.company_rating