İşin təsviri
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı
Vəzifə və Öhdəlikləri:
- Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi;
- Müəssisənin işçiləri tərəfindən SƏTƏM üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət;
- Müəssisənin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək;
- Sahədə mütamadi yoxlamalar (inspeksiyalar) apararaq qeydlər aparmaq;
- SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatların aparılması;
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi. İş şəraitində riskləri qiymətləndirməsi və ona uyğun tədbirlər planını hazırlaması;
- SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirməsi;
- Peşələr üzrə SƏTƏM təlimatlarının hazırlanması;
- İşə qəbul olunan yeni işçilərə, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi;
- Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılmasını təşkil edilməsi;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- SƏTƏM məsələləri üzrə Müəssisənin şöbə rəhbərlərindən müvafiq sənədlər tələb etmək və yoxlamaq, SƏTƏM üzrə normativ hüquqi aktları pozanlardan yazılı izahat tələb etmək;
- Müəyyən olunmuş qaydada SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya SƏTƏM üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilər barədə məlumat vermək;
- Müəssisə Rəhbərinin və SƏTƏM üzrə Menecerin verdiyi bütün tapşırıqları yerinə yetirmək
Namizəd üçün tələblər:
- Sahə üzrə sertifikatların olması arzuolunandır;
- İnkişafa meyilli olmaq;
- Təhlil etmə bacarığı;
- Kargüzarlıq qaydaları haqqında biliklər;
- Səlis danışıq, çox yaxşı kommunikasiya bacarığı;
- Problemləri həll etmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 5/7; 08:00-17:00;
- Nahar ilə təmin olunur;
- Tibbi sığorta;
- 20 Yanvar metro stansiyasından servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Sətəm üzrə mütəxəssis” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]