İqtisadiyyat idarəsi risklərin idarəedilməsi şöbəsinin aparıcı iqtisadçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq olaraq Əsas Risk Göstəricilərinin (KRI-key risk indicator) hesablanmasını və hesabatlığını aparmaq;
  • Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
  • Risk Control Self Assessment (RCSA) prosesini koordinasiya etmək və digər struktur bölmələrə metodoloji dəstək göstərmək;
  • Risk xəritəsini hazırlamaq;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər struktur bölmələrdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Business Impact Analysis (BIA) prosesini koordinasiya etmək və digər struktur bölmələrə metodoloji dəstək göstərmək;
  • Üçüncü tərəf risklərinin qiymətləndirilməsi (TPRA) prosesində iştirak etmək;
  • QSC-nin təklif etdiyi məhsul və xidmətlərin risk qiymətləndirməsini həyata keçirmək;
  • Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Audit hesabatları ilə iş - aşkarlanmanı və təbdirlər planını dəyərləndirmək, risk səviyyəsini qiymətləndirmək, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planını tələb etmək, auditlə yekun nəticələri razılaşdırmaq;
  • Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə rəy vermək.

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Risklərin idarə olunması və ya audit sahəsində ən az 2 il iş təcrübəsi (maliyyə qurumları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir)
  • Əla səviyyədə Excel və SQL biliklərinə sahib olması (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s).
  • Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – əla.

Şəxsi keyfiyyətlər:

  • Yüksək təqdimat və ünsiyyət qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.

Üstünlüklər:

  • Rus dili biliyi;
  • Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzuolunandır;

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar, bayram və matəm günləri qeyri-iş günləridir;
  • Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Müraciət üçün: https://www.azal.az/az/company/career

site.company_rating