Təchizat və logistika üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xarici  və daxili bütün əməkdaşlıq əlaqələrinin qurulması;
  • İşə uyğun xarici və daxili bazarı araşdırmaq, arasından seçim etmək və əsas iş əlaqə bazasını daim yeniləmək;
  • Xarici və daxili əməkdaşlar ilə işgüzar yazışma və danışıqların aparılması;
  • Əməkdaşlıq qurulan şirkət və müəssisələrdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılaraq rəhbərliyə təqdim edilməsi;
  • Gömrük işləri ilə bağlı sənədləşmə işləri;
  • Əməkdaşlıq təklifi ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Əməkdaşlıq ilə bağlı hesabat, təqdimat və digər zəruri sənədlərin hazırlanması.
  • Tender sənədlərinin hazırlanması, sistemə işlənilməsi.

Tələblər:

  • Təhsil : Ali təhsil (Beynəlxalq münasibətlər, Politologiya, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar); 
  • İş qrafiki: həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaq
  • Qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə.
  • Yaş – 26-36
  • Dil bilikləri: Rus dili (C2), İngilis dili (C2)
  • İT üzrə biliklər: Ms. Office/ Ms.Word,Excell
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə bacarığı
  • İşgüzar və hədəf yönlü
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı
  • Kollektiv ilə işləmə bacarığı.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. (Elektron məktubun mövzu hissəsində “ Təchizat və logistika üzrə mütəxəssis” sözləri qeyd edilməlidir)

Tərəfimizdən yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq