Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi
“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.
Hal-hazırda “Qafqaz Lizinq” ASC Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Şirkətin fəaliyyəti nəticəsində üzləşdiyi bütün spesifik risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və risklərin minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Bütün növ risklərinin idarə edilməsi sahəsində ümumi fəaliyyətin təşkilinin təmin və təhlil edilməsi;
• Lizinq portfeli üzrə monitorinqlərin həyata keçirilməsinin planlaşdırılması və bu plana uyğun və ya növbədənkənar monitorinqlərin həyata keçirilməsi;
• Şirkətdaxili qaydalarda və təlimatlarda risk sahəsinə aid olan bütün tələblərin yerinə yetirilməsini təşkil edilməsi və onların icrasına nəzarət;
• Müvafiq hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Risklərin idarə edilməsi və kredit sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək bacarığı;
• Azərbaycan dillərində sərbəst danışmaq bacarığı. İngilis və Rus dillərini bilənlərə üstünlük veriləcək;
• Analitik mühakimə etmək qabiliyyəti;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Əmək haqqı: 1000 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini 14 iyun 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.