İşin təsviri
Tələblər:
- Ali Təhsil;
- Satış sahəsi üzrə 3-5 il iş təcrübəsi;
- Təşəbbüskarlıq, idarəetmə və sərbəst qərar vermə bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Vəzifə Öhdəlikləri:
- Uyğun vitrin tərtibatçısı və məhsul məsləhətçisi namizədlərin seçilməsi və işə qəbulu üçün yönləndirilməsi;
- Şirkətin məhsullarının satış görünüşünə nəzarət etmək;
- Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsinə, məhsulun satışa hazırlamasına və realizə edilməsinə nəzarət etmək;
- Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq bazarda mövcud ümumi firma aksiyaları barədə məlumatlar toplamaq, bazarda yeni məhsullar haqqında daim məlumat əldə etmək;
- Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək;
- Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək;
- Xətti rəhbərinə mütəmadi olaraq aidiyyatı hesabatlar hazırlayaraq təqdim etmək.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
İş yeri:
- Aran zonası (Şirvan - İmişli)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində: “Məhsul tanıtımı və vitrin tərtibatı nəzarətçisi (Şirvan - İmişli)” qeyd etməyiniz xahiş olunur.