İşin təsviri
İş yeri: Qaradağda yerləşən zavod ofisi
Tələblər:
- Əlaqədar ixtisas üzrə ali təhsil
- Əlaqədar sahə üzrə ən azı 1-2 il iş təcrübəsi
- İngilis dilində yüksək səviyyədə danışmaq və yazmaq bacarığı
- MS Office proqramlarından istifadə bacarığı
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
- Kredit Komitəsi iclasının təşkili, iclas katibliyi, iclas qeydlərinin protokollaşdırılması, protokolların imzalanmış nüsxələrinin sistemdə yerləşdirilməsi və Kredit Komitəsi üzvlərinin protokollarla təmin edilməsi;
- Kredit Komitəsi iclası üçün müştərilərin aylıq debitor borc göstəriciləri performansını və bu kimi digər əlaqədar məsələləri əks etdirən təqdimatların hazırlanması və nümayişi;
- Kredit Komitəsi iclasında qəbul edilən qərarların müvafiq məsul şəxslərə yönləndirilməsi və icrasına nəzarət edilməsi;
- Satışın İdarəolunması şöbəsi ilə əlaqədar proseslərin müvafiq prosedura uyğunluğunun monitorinqi, prosedurdan kənara çıxma hallarının izlənilməsi və hesabat təqdim edilməsi;
- Satışın İdarəolunması şöbəsinə aid prosedurların yenilənməsi və yayılmasında birbaşa iştirak;
- Bazar araşdırması proseslərinin həyata keçirilməsində iştirak və tələb olunan müvafiq hesabatların təqdim edilməsi;
Qeyd: Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 07.03.23
Email: [email protected]