Maliyyə şöbəsini idarə etməli və öz tabeliyində olan bütün əməkdaşların vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmalı
Müəssisənin maliyyə hesabatlarını tərtib etməli və fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplamalı və analiz etməli;
Aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün maliyyə şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etməli;
Mühasibatlıq sistemləri, daxili qayda və prosedurlar, habelə Aqrar sektor üçün müəyyən edilmiş yerli qaydalar ilə yaxından tanış olmalı;
Müəssisə daxilində bütün maliyyə əməliyyatları üçün qoşma sənədləri və həyata keçmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamalı və bunların prosedurlara əsasən icra olunmasını təmin etməli;
Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamalı və bunları hər ay müvafiq sənədlərlə birgə yoxlamalı;
Büdcə və proqnozların hazırlanmasında iştirak etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmalı;
Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtında təqdim edilməsini təmin etməli.
Mənfəətin illik, rüblük planlarını və rentabellik göstəricilərini müəyyən etməli
Tələblər:
Ali maliyyə və ya iqtisadi təhsil;
1C programında işləmək
Bilik və Bacarıqlar:
Vergi qanunvericiliyi, normativ və aktlar üzrə biliklər;