Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək; 
  • Alınan mal – material üzrə tələb edilən bütün alt sənədlərin tərtib edilməsi və qarşı tərəfdən lazımı sənədlərin əldə edilərək tam şəkildə mühasibatlığa təhvil verilməsini təmin etmək;
  • Gömrük və logistika məsələlərinin həlli üçün lazım olan bütün sənədlərin hazırlanılması, gələn mal – materialın təhvil alınması, gömrükdən çıxarılması və gömrük ilə əlaqəli bütün prosseslərin tam şəkildə təşkili;
  • Anbardar ilə birlikdə cəmiyyətə məxsus anbardakı mal qalığını və kritik stoku müəyyənləşdirib, daim nəzarətdə saxlamaq və bundan irəli gələn məsələlərin həllini təmin etmək; 
  • Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
  • Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək; 
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
  • Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl etmək;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək;
  • Rəhbərlik tərəfindən verilən yazılı və şifahi tapşırıqları vaxtı – vaxtında, operativ, düzgün və təhlükəsiz icra etmək.  

Namizədə tələblər: 

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi 
  • Təşkilati, analitik və idarəetmə bacarıqları  
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dili bilikləri əlavə üstünlükdür.
  • Kompüter bilikləri: MS Office proqramları və 1C ERP-də işləmək bacarığı

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/ saat 09:00-dan 17:00-a qədər
  • Əmək haqqı: qarşılıqlı razılaşma əsasında
  • Nahar: şirkət tərəfindən təmin olunur 
  • İş yeri: Xırdalan şəhəri

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

Azmədənistehsal MMC tərəfindən digər vakansiyalar