İşin təsviri
Əsas məsuliyyətlər:
- Daxil olan bütün telefon zənglərinə peşəkarcasına və vaxtında cavab vermək, onları tez və səmərəli şəkildə aidiyyatı işçilərə ötürmək.
- Bütün gələn müştəriləri düzgün yönləndirmək, və müştərinin gəlişi ilə bağlı müvafiq işçinin məlumatlandırılmasını təmin etmək.
- Administrasiya menecerinin tələblərinə əsasən inzibati tapşırıqları yerinə yetirmək.
- Şirkətin ümumi elektron poçt ünvanını yoxlamaq, cavab vermək və yaxud məlumatı vaxtında müvafiq şəxslərə ötürmək.
- Şirkətə aid bütün çap/faks aparatlarında baş verən nasazlıqlar barəsində xarici təchizatçını məlumatlandırmaq.
- Sadəcə fotosurətin çıxarılması, faks göndərilməsi, elektron poçtla işləmə və sənədlərin təqdim edilməsi kimi işlərlə kifayətlənməyərək ümumi kargüzarlıq vəzifələrini də yerinə yetirmək.
Əsas bacarıqlar/Keyfiyyətlər:
- Azərbaycan, ingilis və ya rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir.
- Daha öncə Resepşn/Çağrı Mərkəzi/Telefon Operatoru sahələrində təcrübəsi olması vacibdir
- Böyük gəlirlər əldə edən avtomobil sənayesində daha öncə təcrübəsinin olması arzuolunandır.
- Telefonla və insanlarla nəzakətli, mədəni ünsiyyətdə olmaq bacarığının olması.
- Təşəbbüskar, çalışqan, işə motivasiyalı yanaşma bacarığı.
- İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint, Outlook) biliklərinin olması.
İş qrafiki : Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə : 10:00 - 15:00
Əmək haqqı namizəddən asılı olaraq dəyişir.
Bu vəzifəni yerinə yetirmək üçün lazım olan bacarıqlara, təcrübəyə və yanaşmaya malik olduğunuzu düşünürsünüzsə, zəhmət olmasa qeyd olunan elektron poçt vasitəsilə (mövzu hissəsində “Resepşn” qeyd etmək) müraciət edin.
Email: [email protected]