Sürücü

İşin təsviri

Namizədə Tələblər:

  • Yaş həddi:  25 - 50 yaş
  • Sürücü kimi ən az 3 – 5 il təcrübə,
  • BC kateqoriyalı sürücülük vəsiqəsi,
  • İşində ciddi və məsuliyyətli olmalı,
  • Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • İşin başlanğıcında sürücüyə təqdim edilən sənədlər əsasında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,
  • Satış müdiri tərəfindən müəyyən edilən marşrut planı üzrə çatdırılma işinin həyata keçirilməsi,
  • Çatdırılma nöqtələrində məhsulların müvafiq sənədləşmə əsasında təhvil verilməsi,
  • Çatdırılma nöqtələrində qaytarılan məhsullar olarsa müvafiq sənədləşmə əsasında təhvil alınıb müəssisəyə gətirilməsi,
  • Satış sonrası müvafiq şöbələrlə sənədləşmə aparılması,
  • Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
  • Şirkəti düzgün təmsil etmək, geyim, davranış, şirkət etikası və s. ilə bağlı şirkət qaydalarına əməl etmək.

Əmək haqqı: 500 manat.

İş qrafiki: 6 günlük.

Nəqliyyat vasitəsi şirkət tərəfindən verilir (nəqliyyat vasitəsi günün sonunda müəssisəyə təhvil verilir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Email:  [email protected]

 

Azprotein Foods Group tərəfindən digər vakansiyalar