Müştərilərə Dəstək Mütəxəssisi (Xaçmaz filialı)

  • Access Bank
  • Elanın qoyulma tarixi: 15.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Pərakəndə Biznes departamentinin fəaliyyət sahəsinə aid məhsul və xidmətlərinin bütün növlərini bilmək və onlar haqqında potensial müştəriləri məlumatlandırmaq;
  • Filiala daxil olan müştəriləri qarşılamaq, bank üzrə tələb və istəkləri müəyyən etmək və müvafiq bölmələrə yönləndirmək;
  • Müştəriləri ödəniş terminallarına, bankomatlara, onlayn kanallara yönləndirilmək;
  • Bankın müştəri məmnunluğunun artırılması məqsədini özünün əsas funksionallığı və hədəfi kimi qəbul etmək və bu istiqamətdə xidmət göstərmək;
  • Növbə aparatı, ödəniş terminalları, bankomatlar üzrə müştərilərə dəstək göstərmək;
  • Filialda müştərilərin növbəliliyinə, gözləmə müddətinə nəzarət etmək;
  • Ofisdaxili səliqəyə, aktiv kampaniyalara əsasən flayerlərin flayer qablarında, yerlərində olmasına nəzarət etmək;
  • Filial Müdiri tərəfindən verilmiş müvafiq tapşırıqları icra etmək.  

Tələblər:

  • Ali təhsil;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və departament direktorları tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
  • Şirkətə aid məlumatların məxfiliyinin qorunması, parolların gizli saxlanılması;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
  • Ünsiyyətqurma və izahetmə qabiliyyəti;
  • Təşəbbüskarlıq və komandada işləmək bacarığı.

 

https://glorri.com/accessbank/63ecdea9d6c16f52a4d9c566-M%C3%BC%C5%9Ft%C9%99ril%C9%99r%C9%99%20D%C9%99st%C9%99k%20M%C3%BCt%C9%99x%C9%99ssisi%20(Xa%C3%A7maz%20filial%C4%B1)?sources

site.company_rating