Maliyyə şöbəsinin baş mütəxəssisi

  • Company
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək üçün məlumatları hazırlayıb rəhbərinə təqdim etmək;
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunu aparmaq;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərini vaxtında ödəmək;
  • Müştəri və biznes üçün digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;
  • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin etmək;
  • Xəzinə, təsərrüfat, və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonunda ayırmaları və digər ayırmaları təmin etmək;
  • Aylıq, rüblük illik maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;
  • Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsini təmin etmək;
  • Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin, eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrinin aparılmasını təşkil etmək;
  • Debitor və kreditor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramında işlənməsini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramları, ERP sistemində işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır; 
  • Azərbaycan Repsublikasının müvafiq qanunvericiliyini, Beynəlxalq Maliyyə Hesabatları Standartlarını, Milli Mühasibat Uçotu standartlarını bilməlidir.
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Mühasibatlıq sektoru, baş mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.