Ödəniş sistemləri şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (texniki təhsil arzu olunandır);
  • Azərbaycan (mükəmməl), Rus və İngilis (texniki) dilləri bilikləri;
  • İT sahəsində 2 ildən artıq iş təcrübəsi (bank sahəsində iş təcrübəsi arzu olunandır);
  • Sürətli pul köçürmələri (WU, Zoltaya Korona və s.) sistemləri üzrə texniki biliklər və təcrübə;
  • Ödəniş sistemləri üzrə (SWIFT, AZIPS, XÖHKS və s.) ümumi biliklər;
  • Yeni biliklərin öyrənilməsi və tətbiqi bacarığı;
  • Diqqətlilik və yüksək məsuliyyət;
  • Komandada işləmək bacarığı.

İşin təsviri:

  • Ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə proqram təminatının istifadəçilərin kompüterlərində quraşdırılmasını təmin etmək;
  • Bankın struktur bölmələrində ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə texniki işləri yerinə yetirmək;
  • Ödəniş sistemlərinə aid kompüter avadanlıqları  və proqram təminatlarına texniki  xidmət göstərmək və yaranmış qüsurları aradan qaldırmaq;
  • Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzinin (BSXM) elektron imzalarının bankda tətbiqi və istifadəsi ilə bağlı işləri yerinə yetirmək;
  • Ödəniş sistemlərinin daimi işlək vəziyyət olmasını təmin etmək;
  • Ödəniş sistemlərinin bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsiz fəaliyyətini təmin etmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E - mail:  [email protected]

Telefon:  (012) 404 43 39

Faks:   (012) 404 43 34 

site.company_rating