İşin təsviri
Namizədə Tələblər:
- Ali təhsil;
- Minimum 6 ay sahə üzrə iş təcrübəsi;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır;
- İstehsalat sahəsində təcrübə arzuolunandır;
- Mətn, cədvəl və təqdimat hazırlanmasında dərin bacarıqlar;
- Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları;
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
- Detallara diqqətli olmaq və təşkilatçılıq qabiliyyəti;
- İş prioritetlərini düzgün təyin edə bilmək.
Vəzifə üzrə öhdəliklər:
- AFF-ə aid balıqçılıq təsərrüfatlarında balıqartırma və balıqyetişdirmə üzrə işləri təşkil edilməsində iştirak edir;
- Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;
- Balıqların yemlənməsi və yem rasionun hazırlanması üzrə məsləhətlər verir;
- Balıqların təsərrüfatlar arasında yerləşdirilmə proseslərinə nəzarət edir;
- Bütün balıqçılıq təsərrüfatlarına texniki və peşəkar məsləhətləri ilə dəstək verir;
- Təsərrüfatların fəaliyyətini təmin edən bioloji və texnoloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Rəhbər tərəfindən tapşırılan digər işləri yerinə yetirir.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
- Əlavə: Mobil telefon və korporativ nömrə
Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə mühəndis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]