Uçot əməliyyatları üzrə mühasib (Bərdə)

İşin təsviri

Ünvan: Bərdə rayonu, Babək küçəsi (FHN-nın Bərdə rayonu Yanğından Mühafizə idarəsinin yanı)

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadi təhsil mütləqdir)
  • Kompüter bilikləri: MS Office (excel əla səviyyədə)
  • Yaş: 30 yaşa qədər;
  • Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi
  • Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli

Vəzifə öhdəlikləri:

  • Uçot əməliyyatları üzrə prosesin vaxtında təşkili və idarə edilməsi
  • Anbarlar üzrə mal-material uçot məlumatlarının düzgünlüyünün təmin etmək
  • Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatlar yoxlanılıb, müvafiq proqrama daxil olunması
  • Uçot əməliyyatlarını əks etdirən sənədlərin müəyyən edilmiş tarix üzrə nəzarətinin təmini, vəzifə üzrə aylıq icranı yekunlaşdırmaq

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Uçot əməliyyatları üzrə mühasib (Bərdə rayonu)" qeyd edərək göndərmələri dolduraraq müraciət etmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

site.company_rating