İstehlak kreditləri üzrə aparıcı mütəxəssis

  • PSG Finans BOKT
  • Elanın qoyulma tarixi: 23.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Kredit ərizələrini qəbul etmək, müştərilərin, zaminlərin və girovların təhlilini aparmaq;
  • Kredit təhlil sənədlərini hazırlamaq və təsdiq üçün təqdim etmək;
  • Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
  • Kredit üzrə məlumatları düzgün şəkildə müştəri bazasına daxil etmək;
  • Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
  • Kredit qovluqlarının arxivləşdirilmək.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat  və ya maliyyə  təhsilinin olması arzu olunandır);
  • Bu sahədə minimum 1 il təcrübə;
  • Əldə olunan məlumatları təhlil etmək bacarığı;
  • Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
  • Komunikasiya qabiliyyətinin yüksək olması;
  • Komanda ilə işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İstehlak kreditləri üzrə aparıcı mütəxəssis” şəklində qeyd etməklə 31 yanvar 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]