Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (İmişli)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 23.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
  • Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
  • Yağ emalı sənayesini, yağların xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.

İş haqqında məlumat:

  • Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
  • Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini raşdıraraq, gərəkli tədbirlərin alınmalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
  • Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil etmək
  • İstehsalat işçilərinə gigiyena, sanitariya və qida təhlükəsizliyi barədə mütəmadi olaraq məlumatlandırmaq, təlimlər təşkil etmək.
  • Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etmək.
  • Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirmək;
  • Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etmək;
  • İstehsalat hesabatlarının hazırlanması.

İş Şərtləri: Həftə içi 5 gün
İş yeri: İmişli - AŞİB

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “İstehsal planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

site.company_rating