Satınalmalar üzrə mütəxəssis

  • Terra Pharm
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dərman və tibbi sərfiyyat vasitələrinin satınalma prosessinin planlaşdırılması;
  • Dərman və tibbi sərfiyyat vasitələrinin satınalma prosedurlarının həyata keçirilməsi, o cümlədən satınalma sənədlərinin tərtibi;
  • Satınalma prosedurlarının informasiyasının toplanması, təhlili və saxlanılması;
  • Satınalmanın optimallaşdırılmasında metodiki işlərin aparılması;
  • Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
  • Dərman məhsullarının tədarükçü şirkətlərindən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Tərəflərlə işgüzar yazışma və danışıqların aparılması.

Namizədə tələblər:

  • Yaş həddi: 25-45 
  • Ali təhsil (tibbi və bioloji təhsil olması arzuolunandır)
  • Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi 
  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office komputer proqramlarından sərbəst istifadə etmək bacarığı
  • Şifahi danışıqların aparılması bacarığı
  • Komandada işləmək bacarığı
  • Çeviklik və işgüzarlıq

İş rejimi:

  • Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında təyin olunacaq)
  • İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
  • İstirahət günləri - Şənbə/Bazar

Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını Satınalmalar üzrə mütəxəssis qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).

Email: