İşə qəbul üzrə mütəxəssis (Sumqayıt)

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Gündəlik müsahibə cədvəlinin aparılması;
  • Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
  • Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
  • Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
  • İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
  • İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
  • Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
  • İşəqəbul hesabatlarının hazırlanması.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Ali  təhsil;
  • Müvafiq sahədə ən az 1-3 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis, Rus dili biliyi;
  • İşə qəbul platformasında işləyə bilmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Parkı.

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz/

https://hr.mktcotton.com/az/job/ishe-qebul-uzre-mutexessis-sumqayit?sources