İşin təsviri
İşiniz nədən ibarətdir?
- Portfellərin və digər aktivlərin / öhdəlik hesablarının düzgünlüyünə nəzarət;
- Təqdim edilən Maliyyə məlumatlarının düzgünlüyünün, bütövlüyünün təmin edilməsi;
- Kredit, depozit və qiymətli kağız portfellərinin maliyyə uçotuna nəzarət, uyğunsuzluqların aşkar ediləcəyi təqdirdə, müvafiq funksiyalara tövsiyələrin verilməsi;
- Digər aktivlərin və öhdəlik qalıqlarının düzgün tanınması, uyğunsuzluqların aşkar ediləcəyi təqdirdə müvafiq funksiyalara tövsiyələrin verilməsi;
- Debitor borclarının vaxtında toplanılmasına nəzarət;
- Kredit borclarının vaxtında ödənilməsinə nəzarət;
- Gəlir və xərclərin düzgün maliyyə dövründə tanınmasına nəzarət;
- Proseslərin avtomatlaşdırılması və bununla bağlı tövsiyələrin verilməsi;
- Daxili müştərilərin sorğu və suallarının gündəlik əsasda cavablandırılması
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil
- Təcrübə: müvafiq sahədə 3-5 il iş təcrübəsi
- Xarici dil: ingilis, rus
- Kompüter bilikləri: "Microsoft Office" proqramları
- Məhsul biliyi: bank məhsulları üzrə biliklər
- Digər: Mərkəzi Bankın tələbləri üzrə biliklər
- Üstünlük verilir: ACCA / CFA sertifikatların mövcudluğu əlavə üstünlükdür
https://glorri.com/pashabank/63bd6fd0f5f8343147d408e8