SMM mütəxəssis

  • 88 Media
  • Elanın qoyulma tarixi: 06.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Sosial Media hesablarının idarə olunması (Facebook, Instagram, Tik-Tok, Twitter)
  • Sosial Media təqvimin həftəlik/aylıq kontent planının hazırlanması və planlaşdırılması.
  • Gündəlik olaraq şəkil və mətn daxil olmaqla sosial mediada paylaşımların yaradılması və yerləşdirilməsi. Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi;
  • Sosial media kanallarında paylaşılacaq hekayələrin çəkilməsi;
  • Sosial media kanallarında paylaşılacaq qısa videoların (reels) çəkilişində iştirak edilməsi;
  • Kontentlərin yazılması. Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması
  • Yeni ideyaların olması
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək 
  • Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı.
  • Influencer iş birliklerinin idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı.
  • Səhifə inzibatçılığı;
  • Səhifə izləyici sayının və aktivliyinin artırılması;
  • Targeting və hədəf kütlənin planlaşdırılması və təşviq edilməsi;
  • İzləyicilərin səhifələrə cəlb edilməsini təmin edən tədbirlərin görülməsi;
  • Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Satış yönümlü yazışma aparmaq;
  • Sosial mediada şirkət haqda rəyləri monitorinq etmək;
  • İş keyfiyyətini mütəmadi olaraq artırmaq;

Tələblər:

  • Ali təhsil;
  • Yaş: 18-40 (xanım)
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
  • İnternet, qrafik dizayn, video edit proqramlarında işləmə bacarığı; ( SMM seviyesinde PS, AI,Aftereffects vb.)
  • Google adwords ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
  • Microsoft office proqramları üzrə bilikləri;
  • Yenilikləri və trendləri izləməli;
  • Komandada işləmək qabiliyyəti;
  • Kreativ və innovativ düşüncəli olmalı.
  • Facebook, İnstagram və digər sosial şəbəkələr üzrə təcrübə
  • Sosial şəbəkələr üçün səhifələrin analizi və inkişafı üzrə strategiyanın işlənməsi
  • Facebook Ads manager bilikləri
  • Reklam nəticələrini analiz edə bilmək bacarığı
  • Araşdırma qabiliyyəti yüksək
  • Azərbaycan dilində səlis aydın danışmalı, rus və ingilis dilini bilməsi arzuolandır
  • Kreativ, innovativ, olması üstünlükdür
  • Çeviklik, operativlik, 
  • Ünsiyyətcil, pozitiv, punktual, kollektivdə işləmək bacarığı.

Əmək şəraiti:

  • İş saatı Əmək qanunvericiliyinə uyğun  tənzimlənir.
  • Əmək haqqı namizədin bilik və bacarığına görə tənzimlənir.
  • İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
  • Nahar şirkət tərəfindən verilir. 

İş yeri: Bakı şəhəri, İnşaatçilar Prospekti

İş rejimi: 5 gün, 10:00 – 18:00

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Yanvar 2023-cü il tarixinədək emailin mövzu hissəsində " SMM mütəxəssisi " qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.