İnsan resursları üzrə baş mütəxəssis

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İş təcrübəsi: İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Azərbaycan dili mükəmməl, rus dili və ingilis dilini yaxşı səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli.

Vəzifələr:

  • ƏMAS– da və E-gov.az elektron hökumət portalında kadr kargüzarlığı ilə əlaqəli bütün əməliyyatların yerinə yetirilməsi; 
  • E-sosial və İSB.az portalları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;  
  • Kadr kargüzarlığna aid aylıq (rüblük,illik)hesabatları hazırlanması;
  • Şirkətin kadr tələbinin müəyyən olunmasında iştirakı və işə qəbul prosedurlarına uyğun olaraq yeni əməkdaşların cəlb edilməsi;
  • Şirkətin kadr siyasəti ilə bağlı tələb olunan daxili sənədləşmə və hesabatların hazırlaması;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək; 

İş şəraiti: 

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Xətai rayonu, Xocalı pr.86.

 

Email:  [email protected]