İşin təsviri
Tələblər:
- Təhsil: Ali (MBA, iqtisad, logistika, təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür)
- Distribyusiya sahəsində azı 3 il iş təcrübəsi (mütləqdir)
- Planlaşdırma, təhlil və idarəetmə bacarığı
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
- Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik
- Dil bilikləri: Azərbaycan dili, Rus dili
- Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı
Vəzifə öhdəlikləri:
- Logistika işlərinin (malların yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili, idarə olunması
- Avtomatlaşdırılmış logistika proseslərinin idarə olunması
- Daşınmada xərcləri, itkiləri minimumlaşdırmaq
- Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması,və s.) yerində həll edilməsi
- Ən optimal nəqliyyat yolunu (marşrutunu) təyin etmək, gələcəkdə nəqliyyatın idarə olunması sisteminin tətbiqini təşkil etmək
- Şirkətdəki logistika proseslərinin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürmək
- Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması (saxlanılması, istismarı və s.)
- Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması
- Bütün logistic büdcələrin illik hazırlanması və təqibi
İş şəraiti:
- İş yeri: Əmircan qəs.
- 6 günlük iş rejimi
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Logistika və nəqliyyat departamentinin rəhbəri” yazaraq mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Email: [email protected]