SAP-də İnsan kapitalının idarəedilməsi üzrə məsləhətçi (Proqram təminatı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə qrupunun üzvü kimi bir və ya daha çox, sadə və orta səviyyəli layihələrdə işləmək;
  • SAP HCM sistemlərini və tətbiqlərini texniki dəstək vermək;
  • SAP HCM sistemlərinə nəzarət etmək və problemləri həll etmək üçün müəyyən edilmiş prosedurları yerinə yetirmək;
  • SAP HCM sistemlərinin monitorinq hədlərini və alarmlarını müəyyənləşdirmək;
  • SAP HCM üzrə müxtəlif hesabat formalarını hazırlamaq;
  • Sistem komponentlərini səhvlərlə bağlı müntəzəm olaraq yoxlamaq, düzəlişlər aparmaq, kompleks problemləri aradan qaldırmaq və SAP sistemindən kənar sistemlərlə inteqrasiya qurmaq;
  • Server və klient avadanlıqları/proqram konfiqurasiyaları kimi müştəri dəstəkləri üçün sənədləri hazırlamaq;
  • Yeni SAP texnologiyalarını araşdırmaq;
  • CIC İnformasiya təhlükəsizliyi tələblərinə riayət etmək.

Bilik və bacarıqlar:

  • Ali təhsil (texniki sahədə);
  • Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
  • Rus və İngilis dili biliyi (texniki səviyyədə mütləqdir);
  • SQL-də sorğuların hazırlanması və analiz etmə bacarığı;
  • SAP HCM, SAP SuccessFactors sistemində təcrübəsinin olması üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • Gərgin iş rejimində işləmə, çevik qərar vermə və problemi həll etmə bacarıqları;
  • Tapşırıqların texniki həllinə analitik yanaşmaq.

Müraciətinizi 10.01.2023-cü il tarixinədək müraciət et bölməsindəki linkə daxil olaraq “Karyera” hissəsindən göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

https://www.caspianic.com/