İşin təsviri
İş qrafiki:
- Bazar ertəsi - Cümə günü, saat 10:00 - 19:00.
- Şənbə günü: 10:00-16:00.
- Bazar günü qeyri-iş günüdür.
- İş yeri: Bakı şəh., Məhəmməd Naxçivanı küç 25A, ALGI Plaza, 4 mərtəbə.
Əsas öhdəliklər:
- Aviabiletlərin Amadeus program vasitəsi ilə yazılması.
- Hotellərin bronlaşdırılması
- Mövsümə və tələbə uyğun turların axtarılması
- Müxtəlif istiqamət üzrə turlarının hazırlanması
- Şirkətə yeni Korporativ müştərilərin cəlb olunması
- Gündəlik sorğuların cavablandırılması
- Viza dəstəyinin göstərilməsi
- Daxili və xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Turizm sahəsində minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili - yaxşı səviyyədə;
- MS Office proqramı üzrə biliklər;
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Nəzarət etmək qabiliyyəti;
- İşləri yüksək səviyyədə icra etmək bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq.
Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:
- Amadeus üzrə sertifikat;
- Turizm sahəsi üzrə sertifikatlar;
İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi.
- Yetkinliklərə əsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi.
Əmək haqqı: 600 AZN + bonuslar;
Qeyd olunan tələblərə cavab verən namizədlərin Müraciət Formasını/CV-lərini email-in mövzu hissəsində “Turizm üzrə Menecer” qeyd etməklə göndərmələri xahiş olunur;
Email: [email protected]