İxrac üzrə baş mütəxəssis

  • Azbadam MMC
  • Elanın qoyulma tarixi: 15.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, beynəlxalq əlaqələrin qurulması, satış imkanlarının öyrənilməsi;
  • Beynəlxalq bazarın potensial ixrac istiqamətlərinə bələd olmalı və ona uyğun resurs planlamasının təşkil edilməsi;
  • Cari ixrac prosesinin vəziyyəti, xarici bazarda məhsulun mövqeyi və digər məlumatları özündə əks etdirən hesabatların hazırlanması və təqdim edilməsi;
  • Məhsulun xarici bazarda (sərgi, konfrans və digər beynəlxalq platformalarda) tanıdılmasının təmin edilməsi, satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması;
  • Məhsul ixracı ilə bağlı sənədləşmənin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrası;
  • Məhsulun ixracı zamanı logistik prosesə nəzrət edilməsi;
  • İxrac prosesi ilə bağlı xarici ölkələrə səfərlərin edilməsi.

Bacarıq və tələblər:

  • Beynəlxalq ticarətdə müqavilələrin yazılı və şifahi şərtləri, habelə müqavilələrin bağlanmasının əsas şərtləri və prinsipləri haqqında məlumatlı olmalıdır;
  • Beynəlxalq logistik əməliyyatların şərtləri (Incoterms), eləcə də idxal və ixrac prosesləri üçün tələb olunan sənəd dövriyyəsi haqqında məlumatlı olmalıdır;
  • Beynəlxalq ticarətdə istifadə olunan maliyyə alətləri (LC, SLBS, BG, CAD və s.) haqqında məlumatlı olmalıdır;
  • İxrac prosesinin və korporativ satışların texnikaları, nəzəri və praktiki xüsusiyyətləri haqqında məlumatlı olmalıdır;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmək
  • Müvafiq sahədə bakalavr dərəcəsi və/və ya buna bərabər əldə edilmiş təcrübə və təlimlər
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • İxrac nəzarəti qanun, qayda və prosedurları üzrə biliklər
  • Kənd təsərrüfatı sahəsində təcrübə və nəzəri biliklər üstünlükdür.

 

https://glorri.com/azbadam/639b0924a1c0dd7ff2f3a2ac-%C4%B0xrac%20%C3%BCzr%C9%99%20ba%C5%9F%20m%C3%BCt%C9%99x%C9%99ssis