SMM menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial Media hesabları və platformaları (İnstagram, Facebook) ilə işləmək;
  • Günlük və həftəlik kontentin hazırlanması (foto,video,mətn və.s) və Sosial mediada paylaşmasını təmin etmək;
  • Şəbəkəyə gündəlik gələn şərhlərə, rəylərə, mesajlara və sorğulara cavab vermək;
  • Reklam nəticələrinin analiz olunması və aylıq hesabatların verilməsi;
  • Ümumi reklam materiallarının hazırlanması;

Tələblər:

  • Qrafik Dizayn və SMM  Menecer sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
  • Adobe Photoshop, Indesing, Illustrator, Corel Draw proqramlarında peşəkar işləmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması,
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Portfolionun olması;
  • Gündəlik izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Azərbaycan, Rus və ingilis dillərini bilmək,
  • Marketing ixtisası olması arzuolunandır;

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (SMM menecer) vakansiyanın adını qeyd edəsiniz.

Email: [email protected] 

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC tərəfindən digər vakansiyalar