SMM üzrə mütəxəssis

  • Azmerika
  • Elanın qoyulma tarixi: 09.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformalarını idarə etmək və aktivliyi üçün mütəmadi paylaşımlar etmək (Facebook, Instagram, Tik-tok və s.)
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması
  • Yüksək keyfiyyətli və satış yönümlü kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
  • Mövzuların hazırlanması və uyğun kopiraytinq
  • Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək
  • Müştərilərinin müraciətlərinin operativ olaraq cavablandırılması
  • Aylıq fəaliyyət planının hazırlanması və həyata keçirilməsinin izlənilməsi
  • Hesabatların hazırlanması və təqdim olunması

Namizədə tələblər:

  • Cins: kişi, yaş: 22-30
  • İngilis yaxud rus dillərindən hər hansı birini yüksək səviyyədə bilmək
  • Avtomobil sahəsinə maraq mütləqdir
  • Yüksək araşdırma və analiz qabiliyyəti, öyrənmə və inkişafa meyillilik
  • Mövcud sahədə iş təcrübəsi

İş qrafiki – həftənin 6 günü 09:00 – 18:00

Əmək haqqı: 600-800 AZN

Email: [email protected]