Hüquqşünas

  • ALCO MMC
  • Elanın qoyulma tarixi: 07.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali hüquq bakalavr təhsili (magistr təhsili arzu olunandır);
  • Hüquq sahəsində iş təcrübəsi;
  • Əla səviyyədə hüquqi Azərbaycan, Rus, İngilis dilləri biliyi;
  • Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
  • MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • İşə yaradıcı və təşəbbüskar yanaşma.

Vəzifə funksiyaları:

  • İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
  • Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi rəylərin verilməsi;
  • Hüquqi sorğuların cavablarının hazırlanması;
  • Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
  • Şirkətə daxil olan məktublara rəsmi cavabların, müxtəlif qurum və müəssisələrə məktubların hazırlanması;
  • Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
  • Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

İş yeri: Azərbaycan, Bakı, Səbail rayonu (İçərişəhər), Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)

Əmək haqqı: müsahibənin nəticəsi əsasında təyin olunacaq.

CV-ləri mail ünvanında göndərməyiniz xahiş olunur.

Tel: 0125056810/11

Email: [email protected]