İşin təsviri
Tələblər:
- Sənaye mühəndisliyi, kimya və ya digər əlaqəli texniki ixtisas üzrə ali təhsil
- Istehsalat sahəsində 3 il iş təcrübəsi (sement sənayesində olması üstünlükdür)
- Sement istehsalı barədə məlumatlı olmaq
- İngilis dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı
- MS Office proqramlarından istifadə bacarığı
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
- Klinkerin keyfiyyət hədəf dəyərlərinə əsasən istehsalına nəzarət
- Xam qarışımın keyfiyyət hədəf dəyərlərinə əsasən istehsalına nəzarət
- Klinker istehsal xəttinin cari və əsaslı təmir işlərinin plana uyğun icrasına, keyfiyyətinə nəzarət
- Sistemin fasiləsiz fəaliyyəti üçün materialların zamanında SAP sistemi üzərindən sifarişi
- Xam qarışım və Klinker istehsal xətindəki plansız dayanmaların səbəbinin araşdırilmasına köməklik göstərməli və qərara alınmış tədbirlərin icrasına nəzarət etməli
- Tabeliyində olan işçilər üçün iş qrafiki təyin etməli və növbə cədvəli tərtib etməli
- Sahədə gündəlik görülən işlərin keyfiyyətinə nəzarət etmək, tapşırıqlar vermək
- Klinker istehsalı ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi
- Xam qarışım və klinker istehsal parametrlərini davamlı optimallaşdırmaq
- Avadanlıqların illik texniki baxış planının və həftəlik texniki təmirə dayanma qrafiklərinin hazırlanmasında iştirak etmək.
- Sistemdə baş verən tıxanmaların təmizlənməsi zamanı tıxanmaların təmizlənməsi təlimatına uyğun işlərin icrasına nəzrət etmək
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 19.12.2022
İş yeri: Qaradağda yerləşən zavod ofisi
Email: [email protected]