Hüquqşünas

  • Company
  • Elanın qoyulma tarixi: 30.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması;
  • Aidiyyatı bölmələrin normativ və digər sənədlərinin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin və ümumi hüquqi dəstəyin verilməsi;
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası;
  • Aidiyyatı dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olan sorğulara və şikayətlərə cavabların hazırlanması;
  • Məhkəmə iddialarının və ərizələrin, müəyyən məhkəmə işləri üzrə isə etiraz, vəsatət və şikayətlərin hazırlanmasının təmin edilməsi;
  • Cəmiyyəti məhkəmələrdə və müvafiq dövlət orqanlarında təmsil edilməsi.;

Nami̇zədə Dai̇r Tələblər:

  • Ali hüquq təhsili;
  • Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyini, həmçinin mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi yaxşı bilməli;
  • İngilis dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilmək üstünlükdür);
  • Microsoft office proqramları ilə yaxşı işləməyi bacarmalı

İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Əməkhaqqı: 500 AZN.

Maraqlananlar, öz CV-lərini “Hüquqşünas” başlığı ilə göndərə bilərlər. 

Email:  [email protected]