Kreditor və debitor üzrə Mühasib

  • AGRO-VEST RETAIL
  • Elanın qoyulma tarixi: 23.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə bacarığı;
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • Mühasibatlıq və vergi bilikləri;
  • Təhsil-Ali (maliyyə və muhasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi- 2 ildən çox;
  • Yaş-25-35;

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditorlar haqqında hesabatlar, ƏDV hesabatlarının hazırlanmasına dəstək;
  • Şübhəli Kreditor borclarının müəyyən edilməsi;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Kreditor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
  • Kreditorlarla hesablaşmalara nəzarət etmək və Kreditorlar üzrə qalıqların yoxlanılması;
  • Hər bir kreditor üçün müvafiq sənədlərin fayl şəklində saxlanması;
  • Hesabatların və təchizatçı qaimə fakturaların vaxtında və səhvsiz hazırlanması;
  • Satınalma şöbəsi ilə ödəniş şərtlərinin əlaqələndrilməsi;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.

İş şərtləri:

  • Stabil iş
  • Icbari sığorta
  • Əmək haqqı: Razılaşma əsaasında
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Şənbə və Bazar günü.

Maraqlanan namizədlər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “Kreditor və debitor üzrə Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Email: [email protected]

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.