İşin təsviri
Vəzifə öhdəlikləri:
- Departament direktoru və ya direktorun müavini tərəfindən həvalə olunmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Departamentə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Departamentin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və tabe olduğu departamentin direktoruna təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- İnsan Resurslarına dair prosedurları hazırlamaq və izləmək;
- AR-nın Əmək qanunvericiliyi biliklərinə sahib olmaq;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkil edilməsində iştirak etmək;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
- Əmək müqavilərələrinin, məzuniyyət, işəqəbul, xitam, ezamiyyət və s. əmrlərin, ərizə və müraciətlərin qanunvericiliyə uyğun tərtib etmək;
- Səlahiyyəti daxilində departamentə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavab məktublarının layihələrini hazırlamaq və ya bu işlərin həyata keçirilməsində iştirak etmək;
- Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
- “E-gov.az” elektron portalı üzrə rəsmi bildirişləri təmin etmək və onlara nəzarət etmək;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi;
- İşə qəbul prosesində vakansiya və müsahibələri izləmək;
- Öyrənmə ehtiyaclarını sorğulamaq və təlim matrisini hazırlamaq;
- Əməyi dərəcələndirmək;
- Kadr kargüzarlığı sistemlərini qurmaq, məxfilik rejimini təmin etmək;
- Vakansiya tələbini müəyyən etmək;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və qurumun rəhbərinin əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün.
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: İqtisadiyyat, hüquq, idarəetmə, sosial elmlər və ya oxşar sahələr üzrə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 2 il iş stajı;
- Yaş: 23 yaşdan yuxarı;
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1; Rus dili – B1.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Yazılı və şifahi kommunikasiya bacarığı;
- Təqdimat bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və təlim departamentinin aparıcı mütəxəssisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur