İşin təsviri
İş haqqında məlumat:
- Mağazanın satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) həyata keçirməlidir;
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
Namizədə dair tələblər:
- Yaş həddi: 20-30
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: azərbaycan dili-səlis (rus dili arzuolunandır);
- Ali, orta və ya natamam orta təhsil (Texniki peşə məktəbi və ya kollec məzunlarına üstünlük verilir);
- Minimum riyazi hesablamaları;
- Satış texnikası və prinsipləri;
- İşgüzar ünsiyyət və davranış etiket qaydalarını bilməlidir.
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı- 400 manat.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq göndərmələri xahiş olunur.
Email: [email protected]