SMM üzrə menecer

  • IT Factory
  • Elanın qoyulma tarixi: 26.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
  • Facebook, İnstagram və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
  • Sosial şəbəkələr üçün yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşım materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və web sayt, sosial media və bloga yerləşdirilməsi; 
  • Sosial mediada hədəf kütləni təyin edərək məhsullar, xidmətlər və prosedurlar barədə reklam aksiyalarının yerləşdirilməsi və onların effektivliyinə nəzarət edilməsi;
  • Müştərilər tərəfindən rəylərdə və inboxda sorğuların inzibatçıya yönləndirilməsi və sualların cavablandırılması, xidmət və prosedurlar haqqında məlumatların verilməsi;
  • Peşəkar foto və videoçəkilişlərin təşkil edilməsi və yayımının planlaşdırılması;
  • Kampaniyalar, bayram günləri və s. günlərin qeydiyyatının aparılması və özəl postların paylaşılması;
  • Bütün çap materiallarının (promo materialların) sifarişi olunması və nəzarətin həyata keçirilməsi;
  • Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi; 
  • Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Yaş həddi: 18 - 34 
  • Ali təhsil (Marketinq sahəsində)
  • Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, ingilis dili olması arzuolunandır. 
  • Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması vacibdir.
  • Ms. Office proqramlarını bilməlidir. 
  • Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
  • Sosial şəbəkələrdə maksimal “user interaction” (istifadəçilərlə qarşılıqlı əlaqə) əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti. 
  • Kreativ, qrafik dizayn etmək qabiliyyəti.
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
  • Əmək haqqı:  700-800 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər)

CV-lərinizi “SMM üzrə menecer" başlığı ilə elektron poçt ünvanında qəbul edilir.

Email: [email protected]