Analitika və Biznesin təhlili üzrə mütəxəssis

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 28.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili məlumatları təhlil etmək və müəssisənin gəlirlərini artırmaq və xərclərini azaltmaq məqsədi ilə dövri bazar araşdırmaları aparmaq. 
  • Məhsul portfelinin optimallaşdırılması ilə bağlı məlumatları araşdırmaq və periodik tövsiyələrini paylaşmaq. 
  • Poçt sənayesindəki beynəlxalq tendensiyaları və müəssisənin kommersiya strategiyasına təsirini izləmək.
  • Müəssisənin fəaliyyətinin monitorinqi: xidmətlər, məhsullar üzrə faktiki KPI-ların izlənməsi və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı vaxtaşırı tövsiyələr vermək.
  • Müəssisə daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların daimi üzləşdirilməsi.
  • Müəssisənin göstəriciləri haqqında aylıq hesabatlar hazırlamaq. 
  • Yeni, dəyişdirilmiş servis və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
  • Menecment tələblərinə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatın yığılması, analizi və vizualizasiyası daimi optimallaşdırılması.
  • Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi

Namizədə dair tələblər:

  • İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil;
  • Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
  • Uyğun sahələrdə 1-2 il iş təcrübəsi;
  • Azərbaycan, Ingilis və Rus dillərini yüksək səviyyədə bilməsi;
  • MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə, statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın yüksək səviyyədə bilməsi (SQL, Stata, SPSS, SAS, R);
  • Müştəri yönümlü düşünmə qabiliyyəti;
  • Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Analitika və Biznesin təhlili üzrə mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilərlər. 

Email: [email protected]  

site.company_rating