SMM üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
  • Facebook, İnstagram və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
  • Sosial şəbəkələr üçün yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşım materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və web sayt, sosial media və bloga yerləşdirilməsi; 
  • Sosial mediada hədəf kütləni təyin edərək məhsullar, xidmətlər və prosedurlar barədə reklam aksiyalarının yerləşdirilməsi və onların effektivliyinə nəzarət edilməsi;
  • Müştərilər tərəfindən rəylərdə və inboxda sorğuların inzibatçıya yönləndirilməsi və sualların cavablandırılması, xidmət və prosedurlar haqqında məlumatların verilməsi;
  • Peşəkar foto və videoçəkilişlərin təşkil edilməsi və yayımının planlaşdırılması;
  • Kampaniyalar, bayram günləri və s. günlərin qeydiyyatının aparılması və özəl postların paylaşılması;
  • Bütün çap materiallarının (promo materialların) sifarişi olunması və nəzarətin həyata keçirilməsi;
  • Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi; 
  • Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Ali təhsil (Marketinq sahəsində)
  • Sosial media marketinq (SMM) üzrə azı 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, ingilis dili olması arzuolunandır. 
  • Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması vacibdir.
  • Ms. Office proqramlarını bilməlidir. 
  • Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
  • Sosial şəbəkələrdə maksimal “user interaction” (istifadəçilərlə qarşılıqlı əlaqə) əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti. 
  • Kreativ, qrafik dizayn etmək qabiliyyəti.
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.

İş rejimi: 6  günlük 

Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “SMM üzrə menecer" sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

Email: [email protected]

Pyramids Gallery Baku tərəfindən digər vakansiyalar