Tələb planlama üzrə mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları: 

  • SO99+ proqramında əsas məlumatların saxlanılması
  • Marketinq, Kommersiya və təchizatın planlaşdırılması şöbələri ilə yaxından əməkdaşlıq etmək 
  • Satış tarixçəsinin anormal sıçrayışlardan tələb olunan səviyyədə təmizlənməsi
  • Məhsul ehtiyatı / Satış sahəsi səviyyəsində tendensiya, mövsümilik nümunələrinin təhlilini aparmaq
  • Marketinq tədbirləri, reklam aksiyaları və ticarət fəaliyyətlərindən əsas proqnoz və artım təsirləri yaratmaq
  • Məhdudiyyətsiz tələb proqnozu yaratmaq
  • Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək 
  • Proqnoz, xidmət və inventar hədəflərində prioritetləri müəyyən etmək üçün ABC XYZ təhlilini aparmaq 
  • Nəticələri strukturlaşdırılmış şəkildə (cədvəl və diaqramlar, İYA) çoxfunksiyalı komandaya təqdim etmək 
  • Aylıq əsaslarla tələb proqnozunu MFT ilə uyğunlaşdırmaq 
  • Təchizatın planlaşdırılması, 3pl tərəfdaşları, maliyyə və maddi texniki təchizat departamentlərinə etibarlı həftəlik proqnoz təqdim etmək 
  • Ssenarinin planlaşdırılmasına dəstək vermək
  • Əldə olunan nəticələri yerli əlaqələndirici şəxslər ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək 
  • Yerli proseslərini, mədəniyyətini və tələblərini başa düşmək üçün təyin edilmiş bazarlarda əsas əlaqələndirici şəxslərlə ilə komandaya əsaslanan münasibətləri saxlamaq və təkmilləşdirmək.

Vəzifə tələbləri:

  • Təchizat Zəncirinin idarə olunması ilə əlaqəli Biznes idarəçiliyi üzrə Universitet dərəcəsi və ya ticari təhsil üzrə dərəcə 
  • Müvafiq vəzifədə minimum 1 il təcrübə 
  • Güclü analitik və problem həll etmə bacarıqları 
  • Qabaqcıl planlaşdırma sistemindən istifadə sahəsində təcrübə müsbət hal hesab edilir 
  • MS Office üzrə güclü biliklər, MS Excel üzrə geniş bacarıqlar( Pivot tables/Charts/Sum/Count/IF/Vlookup)
  • Çox yaxşı ünsiyyət bacarıqları və beynəlxalq, dinamik mühitdə müxtəlif iş yükünə çevik reaksiya vermək qabiliyyəti 
  • Müsbət təfəkkür, yenilikçi düşüncə və qətiyyətlilik 
  • Çox məsuliyyətli müstəqil iş davranışı və davamlı inkişaf təfəkkürü
  • Azərbaycan / ingilis / rus dillərində səlis danışıq qabiliyyəti

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

site.company_rating

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar