HORECA üzrə satış meneceri

  • AzProduct
  • Elanın qoyulma tarixi: 26.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • HoReCa kanalında satış planları və hədəflərinə nail olmaq, həcminin müştəri sayının artırılması və müştəri münasibətlərinin yaxşılaşdırılması istiqamətində işlər görmək;
  • Müştərilərin tələbatını öyrənmək, şirkətin məhsulları haqqında ətraflı və doğru məlumat vermək;
  • Mövcud müştəri bazası ilə mütəmadi işləmək, rut üzrə müştəriləri daimi ziyarət etmək;
  • Müştərilərə zəruri inventar və promosyon materiallarını təqdim etmək;
  • Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlamaq;
  • Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini təmin etmək;
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
  • Debitor borclarına nəzarət etmək və yığılmasını həyata keçirmək;
  • Rəqib şirkətlərin fəaliyyətlərini müşahidə etmək;
  • Korporativ formata uyğun olaraq işgüzar yazışmalar və zənglərin aparılması təmin etmək.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil
  • HoReCa sahəsində iş təcrübəsi 1 ildən 3 ilə qədər (qida sektorunda təcrübəsi olanlara üstünlük verilir).
  • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzuolunandır;
  • Satış işində təcrübəsinin olması (restoran, otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır);
  • Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı; 
  • HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olmalı;
  • İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
  • Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
  • Yüksək liderlik və danışıq qabiliyyətinin olması; 
  • Namizəd öz maşını ilə işləməyə hazır olmalıdır. Şirkət cari yanacaq və cari təmir xərclərini qarşılayır.
  • Əmək haqqı fix maaş + satışa bağlı faiz;
  • Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “HORECA üzrə satış meneceri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]