İşin təsviri
Vəzifə öhdəlikləri:
- Departamenti təmsil etmək;
- Departament direktoru tərəfindən həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Departament daxilində iş bölgüsünü aparmaq, departament daxilində şöbələrin fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət etmək;
- Departamentin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Qurumda həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə funksiyaları üzrə iştirak etmək;
- Departamentin fəaliyyəti ilə bağlı aylıq, dövrü hesabatları hazırlamaq və departamentin direktoruna təqdim etmək;
- Departamentin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
- Departament tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- Departamentdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- Qurumun fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyi yerinə yetirmək;
- Normativ hüquqi və normativ xarakterli aktların layihələrinin hazırlanmasında bilavasitə iştirak etmək;
- Sənədlərin (layihələrin) hüquqi ekspertizasını aparmaq, onlara dair irad və təklifləri aidiyyəti üzrə təqdim etmək;
- Qurum tərəfindən həyata keçirilən hüquqi işlər, o cümlədən hüquqi ekspertiza və normativ hüquqi təminat işləri üzrə metodiki işləri aparmaq;
- Daxil olan sənədləri qəbul etmək, sənədləri qeydə almaq, sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasını təmin etmək;
- Çıxış sənədlərində ünvanın düzgün əks olunmasını, əsas sənəddə göstərilən qoşmaların mövcudluğunu yoxlamaq və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə, sənədləri icraçılara qaytarmaq;
- Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı departament daxilində şöbələrin müdirlərinə məlumat vermək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 7 il iş stajı;
- Yaş: 27 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq təminatı və sənədlərlə iş departamentinin direktorunun müavini” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Email: [email protected]