İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Şöbəni təmsil etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək;
- Tenderlərin təşkilində iştirak etmək;
- Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
- Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğu təmin etmək;
- Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
- Şöbə tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Şöbə üzrə qurumun rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün qurumun rəhbərliyinə təqdimatlar vermək;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və qurumun rəhbərliyinə təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhmsilə dair tələblər: İqtisadiyyat, idarəetmə və oxşar sahədə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 5 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili - B2.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat və satınalmalar şöbəsinin müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Email: [email protected]