Təchizat və satınalmalar şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində təchizat və satınalmalar şöbəsinin müdirinə kömək etmək;
  • Satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
  • Tenderlərin təşkilində iştirak etmək;
  • Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
  • Qiymət təklifinə dair sorğuya/tender sənədlərinə əlavə edilməli olan bütün texniki sənədləri əldə etmək;
  • Qiymətləndirmə strategiyasının sənədini müəyyənləşdirmək və təsdiqləmək üçün təchizat və satınalmalar şöbəsinin müdiri və daxili maraqlı tərəflərlə birlikdə işləmək;
  • Qiymət təklifinə dair sorğu/tender paketi hazırlamaq, tender prosesini sürətləndirmək və təklifləri qəbul etmək;
  • Kommersiya və texniki qiymətləndirmə prosesini başlatmaq. Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq;
  • Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
  • Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
  • Satınalmaların həyata keçirilməsi üzrə xidmətlərlə bağlı “gizli” öhdəlikləri, inkotermlər, ixrac/idxal üzrə məhdudiyyətlər, daşınma öhdəlikləri və vergidən azadolmaya dair tələblərə uyğunluq kimi məsələləri nəzərdən keçirmək;
  • Kommersiya qiymətləndirməsini yekunlaşdırmaq. Tenderdən sonra danışıqlar aparmaq və müqavilənin təltif olunması ilə bağlı tövsiyə vermək;
  • Proqnozlaşdırılan daxili və xarici satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırmaq və təchizat və satınalmalar şöbəsinin müdirinə təqdim etmək;
  • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində satınalmalar şöbəsinin müdirinə köməklik etmək;
  • Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini vermək;
  • İşini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək.

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
  • Zərurət olduqda şənbə günü - yarım gün

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: İqtisadiyyat, idarəetmə və oxşar sahədə ali təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
  • Yaş: 25 yaşdan yuxarı
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1; Rus dili – B1.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat və satınalmalar şöbəsinin aparıcı mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]